“Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

Qanun layihələri
05 aprel 2024   
    

05 aprel 2024

Layihə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 13-cü və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 22, maddə 364; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); Azərbaycan Respublikasının 2023-cü il 30 dekabr tarixli 1087-VIQD nömrəli Qanunu) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”nin 4-cü maddəsinin birinci hissəsinin ikinci abzasına “etməyin” sözündən sonra “, həmçinin silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsinin” sözləri əlavə edilsin.
Maddə 2. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 6, maddə 365 (Cild I) 18-ci maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.”.
Maddə 3. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 386 (Cild I) 3-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “b” yarımbəndinə “147-ci maddəsində” sözlərindən sonra “, 1954-cü il tarixli “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasına dair İkinci Protokolun 15-ci maddəsinin 1-ci hissəsinin a – c bəndlərində” sözləri əlavə edilsin.
Maddə 4. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 2, maddə 78 (Cild I) 53-cü maddəsində  “və ya beynəlxalq” sözləri “, xüsusi mühafizə və ya” sözləri ilə əvəz edilsin.
 
Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU