Gəncə şəhərində 1993-cü il iyunun 4-də baş vermiş hadisələrlə bağlı
təhqiqat aparan deputat-istintaq komissiyasının məlumatı haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikasının Milli Məclisi Gəncə şəhərində 1993-cü il iyunun 4-də baş vermiş hadisələrlə bağlı təhqiqat aparan deputat-istintaq komissiyasının məlumatını dinləyərək qərara alır:
Deputat-istintaq komissiyasının ilkin məlumatı nəzərə alınsın və ona tapşırılsın ki, öz işini 1993-cü il iyulun 7-dək tamamlayıb rəyini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV
Bakı şəhəri, 30 iyun 1993-cü il
№ 635
|