Azərbaycan Respublikasında fövqəladə vəziyyətin
ləğv edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikasının Milli Məclisi "Fövqəladə vəziyyət haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qərara alır:
Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə təsdiq olunmuş və sonralar müddətləri uzadılmış "Azərbaycan Respublikasında fövqəladə vəziyyətin elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 2 aprel tarixli Fərmanı ilə tətbiq edilən fövqəladə vəziyyət 1993-cü il sentyabrın 22-dən ləğv edilsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV
Bakı şəhəri, 20 sentyabr 1993-cü il
№ 711
|