"Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında"
Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunu dərc edildiyi gündən qüvvəyə minsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
- Azərbaycan Respublikası hökumətinin qərarlarını "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırsın;
- "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn lazımi əsasnamələri və qaydaları qəbul etsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV
Bakı şəhəri, 3 sentyabr 1993-cü il
№ 698
|