VƏTƏNDAŞLAR ÜÇÜN
CARİ FƏALİYYƏT
MƏHKƏMƏ QƏRARLARINA TƏSİRETMƏYƏ DAİR DƏYİRMİ MASA KEÇİRİLƏCƏK
13/03/10
Martın 15-16-da Strasburqda “Məhkəmə qərarlarına təsiretməyə qarşı səmərəli tədbirlər” mövzusunda dəyirmi masa keçiriləcək. Tədbirdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsi sədrinin müavini Rövşən Rzayev iştirak edəcəkdir.
Avropa Şurasının “Yerli məhkəmə qərarlarının icra edilməməsində mövcud maneələrin aradan qaldırılması - yerli məhkəmə qərarlarının səmərəli icra edilməsi” layihəsi çərçivəsində təşkil olunmuş bu tədbirdə məhkəmə qərarlarının icra edilməməsinə qarşı effektiv ölkədaxili vasitələrdən istifadəyə dair geniş fikir mübadiləsi aparılacaqdır.
Milli Məclisin
Mətbuat xidməti
