VƏTƏNDAŞLAR ÜÇÜN
CARİ FƏALİYYƏT
MİLLİ MƏCLİSİN AQRAR SİYASƏT KOMİTƏSİNİN NÖVBƏTİ İCLASI GƏNCƏDƏ KEÇİRİLİR
11/03/10
Martın 11-də Gəncədə Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirilir. Komitənin sədri Eldar İbrahimov, deputatlar Eldar Quliyev, Miri Qənbərov, Ərəstun Cavadov, Gülhüseyn Əhmədov, Tahir Süleymanov, Məjlum Şükürov bu məqsədlə Gəncə şəhərinə yollanıblar.
Azərbaycan Aqrar Universitetinin akt zalında keçiriləcək toplantıda “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatının kooperasiyası haqqında” qanun layihələrinin geniş müzakirəsi aparılacaq.
Tədbirdə deputatlarla birgə Aqrar Universitetin müəllimləri, Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun elmi işçiləri və digər mütəxəssislər iştirak edəcək, hər iki sənədlə bağlı rəy və təkliflər dinləniləcək.
Milli Məclisin
Mətbuat xidməti
