VƏTƏNDAŞLAR ÜÇÜN
CARİ FƏALİYYƏT
DEPUTATIMIZ TİCARƏTİN MALİYYƏLƏŞMƏSİ ÜZRƏ BEYNƏLXALQ EKSPERTLƏR GÖRÜŞÜNDƏ İŞTİRAK EDƏCƏK
04/03/10
Milli Məclisin deputatı Dünyamin Xəlilov Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının maliyyə dəstəyi ilə müvafiq Ekspertlər Görüşündə iştirak etmək üçün martın 9-dan 12-dək Qırğızıstana səfər edəcək.
Bişkek şəhərində keçiriləcək tədbirdə BMT-nin Mərkəzi Asiya, Azərbaycan və Əfqanıstan iqtisadiyyatı üçün Xüsusi proqramı çərçivəsində ticari yardımlar üzrə müvafiq yol xəritəsinin həyata keçirilməsi, bununla əlaqədar milli və regional yardım prioritetlərinin müəyyənləşməsi məsələləri müzakirə ediləcək.
Deputatımız tədbirdə müzakirə ediləcək məsələlərə öz münasibətini bildirəcək.
Milli Məclisin
Mətbuat xidməti
