VƏTƏNDAŞLAR ÜÇÜN
CARİ FƏALİYYƏT
NORVEÇİN ƏDLİYYƏ NAZİRİ PARLAMENTDƏ OLDU
Fevralın 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvlərinin ölkəmizdə səfərdə olan Norveç Krallığının Ədliyyə və polis naziri Knut Storbergetin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirildi.
Komitə sədri Əli Hüseynov Milli Məclisin fəaliyyəti, strukturu, eləcə də rəhbərlik etdiyi komitənin işi barədə qonaqlara ətraflı məlumat verdi. Qeyd olundu ki, komitədə əsasən konstitusiya, seçki, cinayət və hüquq qanunvericiliyi ilə bağlı sənədlər hazırlanır. Təmsil olunan deputatlar, xüsusən də siyasi partiyaların nümayəndələri hazırlanan qanun layihələri ilə bağlı öz fikirlərini bildirir, qanunvericilik bazasının möhkəmlənməsində səmərəli əməkdaşlıq edirlər.
Səmimi görüşə və ətraflı məlumata görə minnətdarlıq edən Knut Storberget öz ölkəsinin qanunvericilik qaydaları, qanunların hazırlanma texnologiyası və digər məsələlər barədə danışdı.
Sonra komitənin üzvləri, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev çıxış edərək qanunların hazırlanmasında siyasi partiyaların rolu barədə məlumat verdilər.
Görüşdə qanunvericlik bazasının möhkəmlənməsində müxalifətlə birgə əməkdaşlıq, məişət zorakılığına qarşı mübarizəyə dair hazırlanan qanun layihələri, eləcə də bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlıq və digər məsələlər barəsində geniş fikir mübadiləsi aparıldı. Bildirildi ki, hər iki dövlətdə ikitərəfli münasibətlərin inkişafı üçün olduqca geniş imkanlar var. Qeyd olundu ki, əlaqələrimizin genişləndiriməsi baxımından qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin təşkili bu məqsədlərə çatmaq üçün geniş imkan yaradacaq.
Milli Məclisin
Mətbuat xidməti
