VƏTƏNDAŞLAR ÜÇÜN
CARİ FƏALİYYƏT
BALTİK ASSAMBLEYASININ SESSİYASINDA
Noyabrın 27-dən 28-dək Vilnüsdə Baltik Assambleyasının XXVIII sessiyası və sessiya çərçivəsində XV Baltik Şurasının iclası keçiriləcəkdir. Tədbirlərdə Milli Məclisin deputatları Elton Məmmədov və Əli Məsimli iştirak edəcəklər.
Baltikyanı, GUAM və Benelüks (Belçika, Niderland, Lüksemburq) ölkələrinin parlament, dövlət və hökumət nümayəndələrinin iştirak edəcəyi bu tədbirlərdə Baltik dəniz strategiyası və enerji təhlükəsizliyi, uzaq perspektivdə bu regionda sabitliyin təmin olunması, Baltik əməkdaşlığı və digər mövzularda fikir mübadiləsi aparılacaqdır. Sessiya çərçivəsində “Baltik əməkdaşlığı və böhran: təhlükəsizlik, davamlılıq və yüksəliş axtarışında” adlı beynəlxalq konfrans da keçiriləcəkdir. Konfransda Milli Məclisin deputatı Əli Məsimli “Xəzər, Qara və Baltik dənizi regionları ölkələrinin böhrandan sonrakı optimal inkişaf və əməkdaşlıq modeli haqqında” məruzə ilə çıxış edəcəkdir.
Sessiya yekun sənədinin imzalanması ilə başa çatacaqdır.
Milli Məclisin
Mətbuat xidməti
