DEPUTATIMIZ AVROPA SIYASƏT MƏRKƏZİNİN DİALOQUNDA İŞTİRAK EDƏCƏK

25/11/09

Milli Məclisin  deputatı Asim Mollazadə  Avropa  Siyasət  Mərkəzi  tərəfindən keçirilən “Şərq  Tərəfdaşlığı  təşəbbüsü” çərçivəsində  Təhlükəsizlik  və stabillik üzrə siyasi  dialoqda  iştirak  etmək  üşün  noyabrın 26-dan 28-dək  Brüsseldə səfərdə  olacaq.   
Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus nümayəndələrinin, həmçinin Avropa Birliyinin komissarlarının qatılacağı tədbirdə bölgədə təhlükəsizlik və inkişaf məsələləri müzakirə olunacaq. Tədbirdə proqrama daxil olan ölkələrin hazırkı münasibətləri və perspektivləri barədə fikir mübadiləsi aparılacaq.   

Milli Məclisin
Mətbuat  xidməti

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi