DEPUTATIMIZ KENİYADA SƏFƏRDƏ OLACAQ

08/11/19

Milli Məclisin deputatı Məlahət İbrahimqızı  “Əhali və inkişaf üzrə Beynəlxalq konfans 25” (İCPD 25)” : Vədlərin sürətləndirilməsi mövzusunda Nayrobi Sammitində iştirak etmək üçün noyabrın 10-da Keniya Respublikasının paytaxtı Nayrobi şəhərinə səfərə gedəcək.
Tədbirdə Avropa Parlamentinin və İcraiyyə Komitəsinin 2019-2020-ci illər üçün iş proqramı, Avropa və beynəlxalq aləmdə cinsi, reproduktiv sağlamlıq, hüquqların inkişafında mövcud problemlər, uğurlar və diqər aktual mövzular  müzakirə olunacaq.
Toplantıda Avropa parlament forumunun icra komitəsinə seçkilər keçiriləcək.
Millət vəkili mövzularla bağlı öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.
Səfər noyabrın  16-da başa çatacaq.

 

 

Milli Məclisin
Mətbuat xidməti

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi