MDB PA-nın KOMİSSİYA İCLASINDA

08/10/19

Milli Məclisin deputatı Rasim Musabəyov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 9-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Tədbirdə MDB PA yanında müşahidəçi statusu haqqında əsasnamə layihəsi ilə əlaqədar təkliflərə baxılacaq, MDB-yə üzv ölkələrin nümayəndə heyətlərinin QDİƏT PA, AŞPA, ATƏT PA-nın işində birgə fəaliyyəti, regionla bağlı bir sıra aktual məsələlər müzakirə ediləcək, həmçinin, Qazaxıstanda keçirilmiş prezident seçkiləri barədə məlumat veriləcək
Səfər oktyabrın 11-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi