BMT-nın PARLAMENT DİNMƏLƏRİNDƏ İŞTİRAKDEPUTATLARIMIZ EDƏCƏKLƏR

18/02/19

Milli Məclisin deputatları Şahin İsmayılov və Kamran Bayramov Birləşmiş Millətlər Təşkilatında “Multilateralizmə qarşı  problemlərə parlamentlərin cavabı” mövzusunda parlament dinləmələrində iştirak etmək üçün fevralın 19-da ABŞ-ın Nyu York şəhərinə səfərə gedəcəklər. 
Toplantıda beynəlxalq birliyin və milli hökumətlərin iqlim dəyişikliyi, məcburi köçkünlərin və qaçqınların dayanıqlı inkişafı kimi  qlobal problemlərlə mübarizəsi, gender bərabərliyi,  münaqişələrin   həlli yolları və sülhün dəstəklənməsi, habelə BMT-nin maliyyələşdirilməsi, təşkilatın Baş Assambleyasının  fəalliğının  artırılması və digər məsələlər müzakirə olunacaq. 
Səfər fevralın 25-də başa çatacaq.


Milli Məclisin
Mətbuat xidməti

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi