DEPUTATLARIMIZ LATVİYADA SƏFƏRDƏ OLACAQ

20/07/18

Milli Məclisin deputatları – Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və qrupun üzvü Rüstəm Xəlilov Latviya Bələdiyyələr İttifaqının təşkilatçılığı ilə keçiriləcək seminarda iştirak etmək üçün iyulun 22-də Riqaya səfər edəcəklər.
Seminar yerli özünüidarəetmə orqanları ilə bağlı yeni layihələrin həyata keçirilməsi, bu sahədə əməkdaşlığın inkişafı və təcrübə mübadiləsi  məsələlərinə həsr olunub. Deputatlarımız müzakirələr zamanı çıxış edəcək, qeyd olunan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.
Millət vəkilləri, eyni zamanda, Azərbaycan Ticarət Evinin açılış mərasiminə də qatılacaqlar.
Səfər iyulun 25-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi