DEPUTATLAR GÜRCÜSTANA SƏFƏR EDƏCƏKLƏR

11/05/18
Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılığı ilə qrupun üzvləri Kamilə Əliyeva, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Rasim Musabəyov və Hikmət Məmmədov mayın 13-dən 16-dək Tbilisidə səfərdə olacaqlar. 
Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun dəvəti əsasında həyata keçiriləcək səfər çərçivəsində iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaqdır.
Milli Məclisin nümayəndə heyətinin Gürcüstanda bir sıra rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulmuşdur.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi