DEPUTATIMIZ GƏNC PARLAMENTARİLƏRİN KONFRANSINDA İŞTİRAK EDƏCƏK

14/11/17

Milli Məclisin deputatı Şahin İsmayılov Gənc parlamentarilərin IV qlobal konfransında iştirak etmək üçün noyabrın 15-də Kanadanın paytaxtı Ottavaya səfər edəcək.
Parlamentlərarası İttifaq çərçivəsində keçiriləcək tədbirdə XXI əsrdə miqrasiya, ticarət, ətraf mühit, həyat səviyyəsinin yaxşılaşdırılması məsələlərində gənclərin rolu, onların siyasi fəaliyyətə cəlb edilməsi, gənclərin ehtiyaclarına uyğun olaraq dövlət siyasətinin müəyyənləşdirilməsi və struktur islahatlarının aparılması, nəsillərarası münasibətlərin qorunması  mövzularında müzakirələr aparılacaq.
Millət vəkili müzakirəyə təqdim olunan məsələlərə dair öz fikirlərini açıqlayacaq, ölkəmizdə bu istiqamətlərdə görülən işlər, əldə olunan nailiyyətlər barədə  toplantı iştirakçılarına məlumat verəcək.
Səfər noyabrın 20-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi