DEPUTATIMIZIN MÜƏLLİFİ OLDUĞU KİTABIN İTALİYADA TƏQDİMATI OLACAQ

08/11/17

Milli Məclisin deputatı Eldar Quliyev noyabrın 10-dan 12-dək İtaliyanın paytaxtı Roma şəhərində səfərdə olacaq.
Burada millət vəkilinin müəllifi olduğu “Qlobal qida təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər” adlı kitabın təqdimatı keçiriləcək. Kitab Avropa Təbiət Elmləri Akademiyasının Rəyasət heyətinin qərarı ilə Almaniyada nəşr edilib.
Tədbirdə Eldar Quliyev Avropa Təbiət Elmləri Akademiyasının  həqiqi üzvü diplomu ilə təltif olunacaq. Eyni zamanda, ona yuxarıda adı çəkilən kitabına görə “İlin kitabı” mükafatı təqdim ediləcək.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi