DEPUTATLARIMIZ QIRĞIZISTANDA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR

09/10/17

Milli Məclisin deputatları Rauf Əliyev və Nizami Cəfərov Qırğızıstanda keçiriləcək prezident seçkilərini izləmək üçün Bişkekdə səfərdə olacaqlar.
Rauf Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyası tərkibində, Nizami Cəfərov TürkPA xətti ilə seçkiləri müşahidə edəcəklər.
Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, prosesin təşkili, vətəndaşların fəallığı ilə maraqlanacaqlar.
Səfər oktyabrın 17-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi