ATƏT-in TƏDBİRİNDƏ

14/09/17

Milli Məclisin deputatı Rövşən Rzayev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) İnsan ölçüsü üzrə növbəti illik görüşü çərçivəsində qaçqınların və məcburi köçkünlərin məsələlərinə həsr olunan işçi sessiyasında iştirak etmək üçün sentyabrın 17-dən Polşanın paytaxtı Varşavada səfərdə olacaq.
Millət vəkili Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı,  bunun nəticəsində öz yurdundan didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə bağlı həqiqətləri toplantı iştirakçılarının diqqətinə çatdıracaq.
Səfər  sentyabrın  19-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi