DEPUTATLARIMIZ QAZAXISTANA SƏFƏR EDƏCƏKLƏR

17/06/17

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat İlham Əliyev “İnnovativ iqtisadiyyata qanunvericilik dəstəyi” adlı beynəlxalq konfransda iştirak etmək üçün iyunun 19-da Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcəklər.
Tədbir Qazaxıstan Parlamenti Məclisi tərəfindən bərpa olunan və alternativ enerji mənbələrinə həsr olunmuş EXPO-2017 Astana Beynəlxalq Sərgisinin hədəf və məqsədlərinin təşviqi ilə bağlı həyata keçirilir.
Deputatlarımız səfər çərçivəsində Türkdilli Ölkələrin Parlament Assambleyasının Ətraf mühit və təbii ehtiyatlar komissiyasının 3-cü iclasına da qatılacaqlar. Toplantıda “Alternativ enerji mənbələrinin inkişafı” mövzusunda müzakirələr aparılacaq.
Səfər iyunun 22-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi