MƏRKƏZİ VƏ ŞƏRQİ AVROPA DÖVLƏTLƏRİNİN PARLAMENT RƏHBƏRLƏRİNİN SAMMİTİNDƏ

17/05/17
Mayın 18-də Polşanın paytaxtı Varşava şəhərində  Mərkəzi və Şərqi Avropa  Dövlətlərinin Parlament rəhbərlərinin sammiti keçiriləcək. Tədbirdə Milli Məclisi Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov təmsil edəcək.
Sammitdə regional təhlükəsizlik, Şimal-Cənub layihəsi çərçivəsində infrastrukturun inkişafı sahəsində əməkdaşlıq, xarici siyasətdə milli parlamentlərin rolu, Mərkəzi və Şərqi Avropanı unikal edən dəyərlər və digər mövzularda müzakirələr aparılacaqdır. 
Ziyafət Əsgərov müzakirə olunacaq mövzularla bağlı çıxış edəcək, məsələlərə münasibət bildirəcəkdir.
Sammit çərçivəsində bütün nümayəndə heyəti rəhbərlərinin Polşa Prezidenti ilə görüşləri də nəzərdə tutulmuşdur.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi