PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ İRANIN SABİQ PREZİDENTİNİN VƏFATI İLƏ ƏLAQƏDAR MƏRASİMLƏRDƏ İŞTİRAK EDƏCƏK

10/01/17

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, deputatlardan Nəriman Əliyev, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Aydın Mirzəzadə yanvarın 10-da İran İslam Respublikasının paytaxtı Tehran şəhərinə səfər edəcəklər.
Parlament nümayəndə heyəti İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar mərasimlərdə iştirak edəcək.
Səfər yanvarın 12-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi