MİLLİ MƏCLİSİN DEPUTATI FRANSAYA SƏFƏR EDƏCƏK

09/04/12

Milli Məclisin deputatı Məlahət İbrahimqızı aprelin 10-dan Fransanın Marsel şəhərində səfərdə olacaq.
Millət vəkili burada keçiriləcək NATO Parlament Assambleyasının 79-cu Rouz-Rout seminarında iştirak edəcək. Tədbirdə müsəlman cəmiyyətləri, şəriət qanunları və demokratiya, Yaxın Şərq, Şimali Afrika və Fars körfəzi ölkələrində təhlükəsizlik məsələləri və başqa mövzularda müzakirə aparılacaq.
Səfər aprelin 15-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi