Arxiv

29.01.18

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 29-da Milli Məclisin Elm və təhsil komitəsinin 2018-ci ilin yaz sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri İsa Həbibbəyli yeni ilin və sessiyanın başlanması münasibəti ilə komitə üzvlərini təbrik etdi, qarşıdakı sessiyada onlara uğurlu fəaliyyət arzuladı.
Sonra o, ötən sessiya ərzində komitədə görülən işlərdən danışdı. Bildirildi ki, 2017-ci il payız sessiyasında komitənin 3 iclası keçirilib, bu iclaslarda 21 qanun layihəsi müzakirə olunub.
ətraflı

29.01.18

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 29-da Milli Məclisin Mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirildi. 
Əvvəlcə 2017-ci ilin payız sessiyasında komitədə görülmüş işlər barədə hesabatı diqqətə çatdıran komitənin sədri Rafael Hüseynov bildirdi ki, payız sessiyasında komitənin 3 iclası keçirilmiş, 10 məsələ müzakirə edilmişdir. Sessiya ərzində komitəyə 126 müraciət daxil olmuş, 16 nəfər vətəndaş qəbul edilmişdir.

ətraflı

26.01.18

DEPUTATIMIZ AVROPALI HƏMKARLARI İLƏ GÖRÜŞLƏR KEÇİRƏCƏK

Milli Məclisin deputatı Cavanşir Feyziyev yanvarın 29-dan fevralın 1-dək Belçikanın paytaxtı Brüsseldə, fevralın 5-dən 8-dək Fransanın Strasburq şəhərində səfərdə olacaq.


ətraflı

26.01.18

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 26-da Milli Məclisin Aqrar siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirildi. 
İclası açan komitənin sədri Eldar İbrahimov bildirdi ki, payız sessiyasında komitənin 5 iclası keçirilmişdir. Həmin iclaslarda 17 məsələ, o cümlədən 13 qanun layihəsi müzakirə edilmişdir. Payız sessiyası ərzində komitəyə 70 müraciət daxil olmuş, 12 nəfər vətəndaş qəbul edilmişdir.

ətraflı

26.01.18

GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINDA

Yanvarın 26-da Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirildi. İclasda 2017-cı ilin payız sessiyası ərzində komitədə görülən işlər barədə hesabat və 2018-ci ilin yaz sessiyası üçün iş planının layihəsi təqdim edildi.


ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi