Arxiv

18.12.17

OQTAY ƏSƏDOV: “ÖLKƏMİZ AVROPA İTTİFAQI İLƏ ƏMƏKDAŞLIĞIN İNKİŞAFINDA MARAQLIDIR”

Dekabrın 18-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin deputatı Yan Zahradili qəbul etdi.


ətraflı

15.12.17

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 15-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı.
Millət vəkilləri əvvəlcə “2013-cü il 13 avqust tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında” Protokolu səsə qoyaraq təsdiq etdilər.

ətraflı

15.12.17

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Dekabrın 15-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Eldar İbrahimov diqqətə çatdırdı ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihələri daxil edilib.


ətraflı

15.12.17

GUAM PARLAMENT ASSAMBLEYASININ SESSIYASINDA

Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli və deputat Əli Məsimli qurumun 10-cu sessiyasında iştirak etmək üçün dekabrın 17-dən 19-dək Gürcüstanda səfərdə olacaqlar.
Tbilisidə keçiriləcək toplantıda regional təhlükəsizlik məsələləri, dayanıqlı gələcək, bərpa olunan enerji mənbələrinin inkişafı, transsərhəd cinayətləri ilə mübarizə mövzularında fikir mübadiləsi aparılacaq.


ətraflı

14.12.17

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Dekabrın 14-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi.
İclası açan komitə sədri Hadi Rəcəbli “Turizm haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədi təqdim etdi.
Qanun layihəsindəki dəyişiklikləri diqqətə çatdıran komitə sədri bildirdi ki, sənəddə aparılan dəyişiklik Miqrasiya Məcəlləsinə uyğunlaşdırma xarakteri daşıyır.
ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi