15.05.2003 Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

458-IIQ

Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

Hacıqabul rayonu üzrə:

Ağacanlı, Bürvənd və Ələtli kəndləri Meyniman kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Ələtli kəndi mərkəz olmaqla, Ələtli kənd inzibati ərazi dairəsi yaradılsın.

Birinci Paşalı, İkinci Paşalı və Şorbaçı kəndləri Udullu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Şorbaçı kəndi mərkəz olmaqla, Şorbaçı kənd inzibati ərazi dairəsi yaradılsın.

İkinci Udullu, Qubalı və Tağılı kəndləri Udullu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, İkinci Udullu kəndi mərkəz olmaqla, İkinci Udullu kənd inzibati ərazi dairəsi yaradılsın.

Qubalıbalaoğlan və Pirsaatçay kəndləri Rəncbər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qubalıbalaoğlan kəndi mərkəz olmaqla, Qubalıbalaoğlan kənd inzibati ərazi dairəsi yaradılsın.

Padar qəsəbəsi Qarasu kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin qəsəbə mərkəz olmaqla, Padar qəsəbə inzibati ərazi dairəsi yaradılsın.

Talış kəndi Abdulyan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Talış kənd inzibati ərazi dairəsi yaradılsın.

Mərkəzi Birinci Udullu kəndi olan Udullu kənd inzibati ərazi dairəsi mərkəzin adına uyğun olaraq, Birinci Udullu kənd inzibati ərazi dairəsi adlandırılsın.

Qobustan rayonu üzrə:

Təklə Mirzəbaba kəndi Ərəbşalbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Təklə Mirzəbaba kənd inzbati ərazi dairəsi yaradılsın.

Lənkəran rayonu üzrə:

Viyən kəndi Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Viyən kənd inzibati ərazi dairəsi yaradılsın.

Neftçala rayonu üzrə:

Neftçala şəhər inzibati ərazi dairəsi tərkibindəki Novovasilyevka kəndi Kürkənd kəndi adlandırılsın.

Şamaxı rayonu üzrə:

Dağ Bağırlı kəndi Göylər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Dağ Bağırlı kənd inzibati ərazi dairəsi yaradılsın.

Həmyəli və İkinci Çaylı kəndləri İkinci Cabanı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Həmyəli kəndi mərkəz olmaqla, Həmyəli kənd inzibati ərazi dairəsi yaradılsın.

Ovçulu kəndi Bağırlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Ovçulu kənd inzibati ərazi dairəsi yaradılsın.

Talışnuru kəndi Nağaraxana kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Talışnuru kənd inzibati ərazi dairəsi yaradılsın.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 may 2003-cü il
№ 458-IIQ

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi