19.03.2004 Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında

608-IIQ

Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. Naxçıvan Muxtar Respublikasının Babək Şərur rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək yeni Kəngərli rayonu yaradılsın.

II. Kəngərli rayonunun inzibati ərazi bölgüsünə:

Babək rayonundan Böyükdüz, Çalxanqala Xıncab kənd inzibati ərazi dairələrini əhatə edən ərazi vahidlərinin əraziləri;

Şərur rayonundan Xok, Qarabağlar, Qıvraq, Şahtaxtı, Yeni Kərki Yurdçu kənd inzibati ərazi dairələrini əhatə edən ərazi vahidlərinin əraziləri daxil edilsin.

III.Qıvraq kənd inzibati ərazi dairəsi tərkibindəki Qıvraq kəndinə qəsəbə statusu verilsin, Qıvraq kənd inzibati ərazi dairəsi Qıvraq qəsəbə inzibati ərazi dairəsi adlandırılsın.

IV. Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsi hesab edilsin.

V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 mart 2004-cü il

№ 608-IIQ

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi