15.04.2005 Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

892-IIQ

 

Azərbaycan Respublikasının bəzi

rayonlarının inzibati ərazi bölgüsündə

qismən dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

 

I. Azərbaycan Respublikasının Göyçay və Qəbələ rayonlarının inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

 

Göyçay rayonu üzrə

 

Cəyirli, Qubadlı Şıxlı, Kürdəmiş və Türkmən kəndləri Qızılağac kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, Cəyirli kəndi mərkəz olmaqla, Cəyirli kənd inzibati ərazi dairəsi yaradılsın.

 

Birinci Ərəbcəbirli, İkinci Ərəbcəbirli və Mirzəhüseynli kəndləri Şəhadət kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, İkinci Ərəbcəbirli kəndi mərkəz olmaqla, İkinci Ərəbcəbirli kənd inzibati ərazi dairəsi yaradılsın.

 

Şəkər, Qaraxıdır və Veysəlli kəndləri Mırtı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, Şəkər kəndi mərkəz olmaqla, Şəkər kənd inzibati ərazi dairəsi yaradılsın.

 

Yalman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Yalman kənd inzibati ərazi vahidi yaradılsın.

 

Qəbələ rayonu üzrə

 

Aydınqışlaq kəndi Zarağan kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Aydınqışlaq kənd inzibati ərazi vahidi yaradılsın.

 

 

Bəyli və Savalan kəndləri Quşlar kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, Savalan kəndi mərkəz olmaqla, Savalan kənd inzibati ərazi dairəsi yaradılsın.

 

Bılıx kəndi Məlikli kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Bılıx kənd inzibati ərazi vahidi yaradılsın.

 

Böyük Əmili kəndi Hacıalılı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Böyük Əmili kənd inzibati ərazi vahidi yaradılsın.

 

Daşca kəndi Zarağan kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Daşca kənd inzibati ərazi vahidi yaradılsın.

 

Kiçik Pirəli kəndi Böyük Pirəli kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kiçik Pirəli kənd inzibati ərazi vahidi yaradılsın.

 

Kötüklü kəndi Mıxlıqovaq kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Kötüklü kənd inzibati ərazi vahidi yaradılsın.

 

Tövlə kəndi Çuxur Qəbələ kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Tövlə kənd inzibati ərazi vahidi yaradılsın.

 

Zərgərli kəndi Bum kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Zərgərli kənd inzibati ərazi vahidi yaradılsın.

 

Zirik kəndi Dizaxlı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Zirik kənd inzibati ərazi vahidi yaradılsın.

 

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 15 aprel 2005-ci il

892-IIQ

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi