17.09.2004 "Bələdiyyə əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısına əlavələr və dəyişikliklər edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

762-IIQD

"Bələdiyyə əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısına əlavələr və dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

 

I. "Bələdiyyə əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununa əlavə edilmiş bələdiyyələrin siyahısına aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

 

1. Əli Bayramlı şəhəri bölməsində:

1-ci sırada "Əli Bayramlı bələdiyyəsi" sözlərinin qarşısındakı "Əli Bayramlı şəhəri" sözlərindən sonra "və Bayramlı qəsəbəsi" sözləri əlavə edilsin.

 

2. Ağdaş rayonu bölməsində:

5-ci sırada "Aşağı Nemətabad bələdiyyəsi" sözlərinin qarşısındakı ", Nemətabad" sözü çıxarılsın.

 

3. Ağstafa rayonu bölməsində:

1) 4-cü sırada "Böyük Kəsik bələdiyyəsi" sözlərinin qarşısındakı "Böyük Kəsik və Ağgöl kəndləri" sözləri "Böyük Kəsik kəndi" sözləri ilə əvəz edilsin.

2) aşağıdakı redaksiyada yeni 25-ci sıra əlavə edilsin:

"25. Ağgöl bələdiyyəsi - Ağgöl kəndi".

3) 13-cü sırada "Köçvəlili bələdiyyəsi" sözlərinin qarşısındakı "Köçvəlili kəndi, Həzi Aslanov, Qarayazı, Soyuqbulaq və Soyuqbulaqlar qəsəbələri" sözləri "Köçvəlili kəndi və Soyuqbulaq qəsəbəsi" sözləri ilə əvəz edilsin.

4) aşağıdakı redaksiyada yeni 26-cı sıra əlavə edilsin:

"26. Qarayazı bələdiyyəsi - Qarayazı, Həzi Aslanov və Soyuqbulaqlar qəsəbələri".

5) 18-ci sırada "Pirili bələdiyyəsi" sözlərinin qarşısındakı "Pirili və Kolxəlfəli kəndləri" sözləri "Pirili kəndi" sözləri ilə əvəz edilsin.

6) aşağıdakı redaksiyada yeni 27-ci sıra əlavə edilsin:

"27. Kolxəlfəli bələdiyyəsi - Kolxəlfəli kəndi".

 

7) 19-cu sırada "Poylu bələdiyyəsi" sözlərinin qarşısındakı "Poylu kəndi, Poylu və Şəkərli qəsəbələri" sözləri "Poylu kəndi və Şəkərli qəsəbəsi" sözləri ilə əvəz edilsin.

8) 21-ci sırada "Saloğlu bələdiyyəsi" sözlərinin qarşısındakı "Saloğlu və Ceyrançöl qəsəbələri" sözləri "Saloğlu qəsəbəsi" sözləri ilə əvəz edilsin.

9) aşağıdakı redaksiyada yeni 25-ci sıra əlavə edilsin:

"25. Poylu qəsəbə bələdiyyəsi - Poylu və Ceyrançöl qəsəbələri".

10) 22-ci sırada "Tatlı bələdiyyəsi" sözlərinin qarşısındakı ", Köhnəqışlaq" sözləri çıxarılsın.

11) aşağıdakı redaksiyada yeni 29-cu sıra əlavə edilsin:

"29. Köhnəqışlaq bələdiyyəsi - Köhnəqışlaq kəndi".

 

4. Ağsu rayonu bölməsində:

1) 47-ci sırada "Növcü bələdiyyəsi" sözlərinin qarşısındakı "Növcü kəndi" sözləri "Növcü və Yuxarı Növcü kəndləri" sözləri ilə əvəz edilsin.

2) 47-ci sırada "Növcü bələdiyyəsi" sözlərinin qarşısındakı "Növcü və Yuxarı Növcü kəndləri" sözləri "Növcü kəndi" sözləri ilə əvəz edilsin.

3) aşağıdakı redaksiyada yeni 60-cı sıra əlavə edilsin:

"60. Yuxarı Növcü bələdiyyəsi - Yuxarı Növcü kəndi".

 

5. Gədəbəy rayonu bölməsində:

1) 12-ci sırada "Dəyəqarabulaq bələdiyyəsi" sözlərinin qarşısındakı "Şurakənd" sözü "Günəşli" sözü ilə əvəz edilsin.

2) 26-cı sırada "Qaradağ bələdiyyəsi" sözlərinin qarşısındakı "Qorelsk" sözü "Daşbulaq" sözü ilə əvəz edilsin.

3) 32-ci sırada "Orconikidze" sözləri "Nərimankənd" sözləri ilə əvəz edilsin.

4) 43-cü sırada "Şurakənd" sözləri "Şahdağ" sözləri ilə əvəz edilsin.

 

6. Xaçmaz rayonu bölməsində:

1) 13-cü sırada "Aşağı Zeyd" sözləri "Aşağı Zeyid" sözləri ilə əvəz edilsin.

2) 18-ci sırada "Çiləgir" sözləri "Çılğır" sözləri ilə əvəz edilsin.

3) 67-ci sırada "Yalama bələdiyyəsi" sözlərinin qarşısındakı "Zeyxuroba" sözü "Xanoba" sözü ilə əvəz edilsin.

 

7. İmişli rayonu bölməsində:

28-ci sırada "Qaralar" sözləri "Yuxarı Qaralar" sözləri ilə əvəz edilsin.

 

8. Kürdəmir rayonu bölməsində:

1) 4-cü sırada "Bağban" sözləri "Bağman" sözləri ilə əvəz edilsin.

2) 6-cı sırada "Bəyi" sözləri "Beyi" sözləri ilə əvəz edilsin.

3) 33-cü sırada "Qarıs Əyribənd" sözləri "Garıs Əyribənd" sözləri ilə əvəz edilsin.

 

9. Neftçala rayonu bölməsində:

1) 6-cı sırada "1 № -li Mayak bələdiyyəsi" sözlərinin qarşısındakı "1 № -li Mayak və Sübh qəsəbələri" sözləri "1 № -li Mayak və Sübh kəndləri" sözləri ilə əvəz edilsin.

2) 14-cü sırada "2 № -li Mayak bələdiyyəsi" sözlərinin qarşısındakı "2 № -li Mayak qəsəbəsi" sözləri "2 № -li Mayak kəndi" sözləri ilə əvəz edilsin.

3) 24-cü sırada "Tatarməhlə bələdiyyəsi" sözlərinin qarşısındakı "və İsmilli" sözləri çıxarılsın.

4) 25-ci sırada "Yenikənd bələdiyyəsi" sözlərinin qarşısındakı "Yenikənd kəndi və Qırmızı Şəfəq qəsəbəsi" sözləri "Yenikənd və Qırmızı Şəfəq kəndləri" sözləri ilə əvəz edilsin.

 

10. Saatlı rayonu bölməsində:

1) 18-ci sırada "Xanlarkənd bələdiyyəsi" sözlərinin qarşısındakı "Xanlarkənd və Çolpı kəndləri" sözləri "Xanlarkənd kəndi" sözləri ilə əvəz edilsin.

2) aşağıdakı redaksiyada yeni 43-cü sıra əlavə edilsin:

"43. Çolpı bələdiyyəsi - Çolpı kəndi".

3) 28-ci sırada "Mircəlal bələdiyyəsi" sözlərinin qarşısındakı "Mircəlal və Soltanabad kəndləri" sözləri "Mircəlal kəndi" sözləri ilə əvəz edilsin.

4) aşağıdakı redaksiyada yeni 44-cü sıra əlavə edilsin:

"44. Soltanabad bələdiyyəsi - Soltanabad kəndi".

 

11. Sabirabad rayonu bölməsində:

1) 4-cü sırada "Axtaçı" sözləri "Yuxarı Axtaçı" sözləri ilə əvəz edilsin.

2) 6-cı sırada "Aleksandrovka" sözləri "Şəhriyar" sözləri ilə əvəz edilsin.

3) 8-ci sırada "Bala Haşımxanlı" sözləri "Bala Həşimxanlı" sözləri ilə əvəz edilsin.

4) 10-cu sırada "Balvarı" sözləri "Balvar" sözləri ilə əvəz edilsin.

5) 31-ci sırada "Haşımxanlı" sözləri "Həşimxanlı" sözləri ilə əvəz edilsin.

6) 33-cü sırada "Xersonovka" sözləri "Nəsimi" sözləri ilə əvəz edilsin.

7) 48-ci sırada "Qovlar" sözləri "Kovlar" sözləri ilə əvəz edilsin.

8) 69-cu sırada "Vladimirovka" sözləri "Nizami" sözləri ilə əvəz edilsin.

 

12. Şəki rayonu bölməsində:

1) 23-cü sırada "Cumay" sözləri "Cumakənd" sözləri ilə əvəz edilsin.

2) 26-cı sırada "Çay Qaraqoyunlu" sözləri "Çayqaraqoyunlu" sözləri ilə əvəz edilsin.

3) 31-ci sırada "Dərəcənnətli" sözləri "Dərəcənnət" sözləri ilə əvəz edilsin.

4) 52-ci sırada "Oryat" sözləri "Öryət" sözləri ilə əvəz edilsin.

5) 5-ci sırada "Aşağı Göynük bələdiyyəsi" sözlərinin qarşısındakı "Aşağı Göynük, Baqqal, Birinci Biləcik, Köndələn və İkinci Biləcik kəndləri" sözləri "Aşağı Göynük kəndi" sözləri ilə əvəz edilsin.

6) aşağıdakı redaksiyada yeni 63-cü, 64-cü, 65-ci və 66-cı sıralar əlavə edilsin:

"63. Baqqal bələdiyyəsi - Baqqal kəndi

64. Birinci Biləcik bələdiyyəsi - Birinci Biləcik kəndi

65. Köndələn bələdiyyəsi - Köndələn kəndi

66. İkinci Biləcik bələdiyyəsi - İkinci Biləcik kəndi".

 

13. Tərtər rayonu bölməsində:

1) 19-cu sırada "İrəvanlı bələdiyyəsi" sözlərinin qarşısındakı "İrəvanlı, Hacallı və Qapanlı kəndləri" sözləri "İrəvanlı kəndi" sözləri ilə əvəz edilsin.

2) aşağıdakı redaksiyada yeni 44-cü sıra əlavə edilsin:

"44. Hacallı bələdiyyəsi - Hacallı və Qapanlı kəndləri".

 

14. Zaqatala rayonu bölməsində:

19-cu sırada "Maqov bələdiyyəsi" sözlərinin qarşısındakı "Abalı, Oytala" və "Voytala" sözləri "Abaəli, Höytala" və "Vöhtala" sözləri ilə əvəz edilsin.

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 17 sentyabr 2004-cü il

762-IIQD

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi