01.02.2018 “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

979-VQD

“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 729-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 484; 2001, № 12, maddə 736; 2002, № 6, maddə 328; 2005 № 12, maddə 1093; 2008, № 7, maddə 602; 2016, № 4, maddə 649; 2017, № 7, maddə 1283) 14-cü maddəsinin dördüncü hissəsinin ikinci cümləsinə “ödənilməsi” sözündən sonra “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 1 fevral 2018-ci il
№ 979-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi