31.05.2017 Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

688-VQD

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş
“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”ni “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 12; 2001, № 12, maddələr 731, 736; 2004, № 2, maddə 57; 2005, № 4, maddə 274, № 7, maddə 590; 2006, № 11, maddə 926; 2007, № 1, maddə 1, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 3, maddə 155, № 8, maddələr 694, 696; 2009, № 6, maddələr 399, 406; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4,  maddə 273, № 7, maddə 599; 2011, № 2, maddə 71; 2012, № 11, maddə 1041; 2013, № 2, maddə 93; 2016, № 2, I kitab, maddə 192) ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 114-cü maddəsinin dördüncü hissəsində “Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Əsasnamə ilə” sözləri “müvafiq icra hakimiyyəti orqanı tərəfindən” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 may 2017-ci il
№ 688-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi