14.04.2017 “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

594-VQD

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 11-ci bəndini rəhbər tutaraq,  “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”  Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar  qərara alır:

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 606; 2002, № 4, I kitab, maddə 165; 2007, № 7, maddə 709, № 10, maddə 938; 2008, № 6, maddə 460; 2012, № 7, maddə 648) 5-ci maddəsinin iyirminci abzasında “sertifikatlaşdırılması” sözü “sertifikatlaşdırılmasının təşkili” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 aprel 2017-ci il
№ 594-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi