10.03.2017 “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

542-VQD

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda  dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq qərara alır:

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755, № 12, maddə 1996) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.1.8-ci və 26.3-cü maddələrdə “orqanının” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun” sözləri əlavə edilsin.

2.  26.2-ci maddənin birinci cümləsində “orqanından” sözündən  sonra “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan” sözləri və ikinci cümləsində  “orqanı” sözündən sonra “və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 10 mart 2017-ci il
№ 542-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi