07.04.2017 Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

556-VQD

Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Dövlət himni haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 358-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar  q ə r a r a   a l ı r :

Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 11, maddə 328; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 380; 2004, № 4, maddə 199) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə”nin 6-cı maddəsində hər iki halda və 10-cu maddəsində “və milli təhlükəsizlik” sözləri “, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 aprel 2017-ci il
№ 556-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi