29.11.2016 “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

446-VQD

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley
 medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi
 haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq  qərara alır :

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447) 2-ci maddəsində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin   20 illiyi (1992-2012)” yubiley medalı” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” yubiley medalı;”.

Maddə 2. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 noyabr 2016-cı il
№ 446-VQD

 


Azərbaycan Respublikasının 2016-cı il
29 noyabr tarixli 446-VQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir


“Azərbaycan Respublikası Dövlət Gömrük  Komitəsinin 25 illiyi  (1992-2017)”
Azərbaycan Respublikasının yubiley medalı haqqında

Ə S A S N A M Ə

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının gömrük orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən gömrük orqanlarının əməkdaşları, habelə Azərbaycan Respublikasının gömrük işinin təşkilində, təkmilləşdirilməsində və möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda  onlardan sonra taxılır.

 

 

Azərbaycan Respublikasının 2016-cı il
29 noyabr tarixli 446-VQD nömrəli
Qanunu ilə təsdiq edilmişdir


“Azərbaycan Respublikası Dövlət Gömrük  Komitəsinin 25 illiyi  (1992-2017)”
Azərbaycan Respublikasının yubiley medalının təsviri

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, dairəvi formalı, diametri 35 mm və qalınlığı 2,5 mm olan lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Medalın ön tərəfinin mərkəzində sağ və sol tərəfləri sünbüllə əhatə olunmuş, qabaritinin hündürlüyü 1,5 mm olan Azərbaycan Respublikası gömrük orqanlarının embleminin elementləri, qalxan, onun arxasında qılınc və qılıncın aşağı hissəsində açardan ibarət kompozisiya təsvir edilmişdir.
2.2. Bu Təsvirin 2.1-ci maddəsində göstərilən kompozisiyadan yuxarıda qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı hissəsində isə “DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri yazılmışdır. “DÖVLƏT GÖMRÜK KOMİTƏSİ” sözləri ilə kompozisiya arasında Azərbaycan Respublikası Dövlət bayrağının rənglərini əks etdirən üçrəngli dekorativ lentin üzərində “25 İL” sözləri yazılmış və dəfnə budağının təsviri verilmişdir. Lentin sol yuxarı hissəsində “1992” və sağ yuxarı hissəsində “2017” rəqəmləri yazılmışdır.
2.3. Sünbüllər, qalxan, qılınc, açar, dəfnə budağı, dekorativ lent, sözlər və rəqəmlər relyeflidir. Mavi və boz rəngli qalxan, ağ rəngli açar, mavi, qırmızı və yaşıl mina ilə örtülmüş dekorativ lent və ağ mina ilə örtülmüş “25 İL” sözləri istisna olmaqla, digər elementlər qızılı rəngdədir.

Maddə 3. Medalın arxa tərəfi

3.1. Medalın arxa tərəfinin yuxarı hissəsində ortada səkkizbucaqlı ulduz və aypara, aşağı hissəsində isə milli ornament təsvir edilmişdir. Mərkəzdə “AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN 25 İLLİYİ” sözləri və “1992-2017” rəqəmləri yazılmışdır. Ulduz, aypara, sözlər,rəqəmlər,ornament relyefli və qızılı rəngdədir.
3.2. Medalın arxa tərəfində seriyası və nömrəsi göstərilmişdir.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarların yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentin eni 5,5 mm olan qızılı rəngli metal hissəsinə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin üst hissəsində eni 3,5 mm olan qızılı rəngli metal hissə vardır.
4.2. Xara lentdə, kənarlarından mərkəzə doğru ardıcıl olaraq 2 mm enində tünd göy,10 mm enində mavi və mərkəzdə 3 mm enində ağ rəngli şaquli zolaqlar təsvir edilmişdir.
4.3. Medala paltarların yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi