16.12.2016 Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında

451-VQ

Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Maddə 1. Ehtiyac meyarının həddi

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 dekabr 2016-cı il
№ 451-VQ

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi