29.11.2016 “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

427-VQD

“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 24-cü bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan  Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 482; 2007, № 10, maddə 938) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin üçüncü hissəsindən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

2. 20-ci maddənin üçüncü hissəsində “keçirilə bilər” sözləri “keçirilir” sözü ilə əvəz edilsin, yeddinci hissəsindən isə “lazımi” sözü çıxarılsın.

3. 30-cu maddədə “olaraq” sözündən sonra “inzibati və” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri,  29 noyabr 2016-cı il
№ 427-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi