29.11.2016 “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

424-VQD

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 16-cı bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 992) aşağıdakı dəyişikliklər edilsin:

1.  1.5-ci maddədə “vaxtaşırı” sözü “müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında” sözləri ilə əvəz edilsin.

2.  8.1.7-ci və 9.3-cü maddələrdən, 10.2-ci maddənin birinci abzasından “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

3.  13-cü maddədə “qanunvericiliyində” sözü “qanunlarında” sözü ilə əvəz edilsin.

4. 14-cü maddədə “öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən və ya” sözləri “inzibati və” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 noyabr 2016-cı il
№ 424-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi