14.06.2016 “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

290-VQD

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan  Respublikasının  Qanunvericilik Toplusu, 2006, № 8, maddə 655; 2007, № 6, maddə 595; 2009, № 12, maddələr 948, 954, 968; 2011, № 2, maddə 71; 2014, № 10, maddə 1150) aşağıdakı dəyişikliklər edilsin:

1. 7.0.7-ci, 18.1.2-ci və 27.2.8-ci maddələrdən “lazımi” sözü çıxarılsın.

2. 8.1-ci və 8.2-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“8.1. Dövlət fitosanitar nəzarəti xidməti fitosanitar nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır.
8.2. Dövlət fitosanitar nəzarəti xidməti fitosanitar nəzarətini bu Qanunun, sahibkarlara münasibətdə isə, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirir.”.

3. Aşağıdakı məzmunda 8.5-ci maddə əlavə edilsin:
“8.5. Dövlət fitosanitar nəzarəti xidmətinin icrası məcburi olan qərarlarının formasını, onların tərtib edilməsi və verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

4. 9.0-cı maddədə “xidmətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının” sözləri “xidmətinin” sözü ilə əvəz edilsin.

5. 9.0.3-cü, 9.0.4-cü və 9.0.13-cü maddələr aşağıdakı redaksiyada verilsin:
“9.0.3. müvafiq qaydada fitosanitar nəzarətinin həyata keçirilməsi ilə bağlı ekspertiza, tədqiqat və qiymətləndirmə işlərinin aparılmasını, fitosanitar nəzarətində olan karantin obyektlərinə və karantin nəzarətində olan materiallara baxış keçirilməsini, nümunələr götürülərək onların yoxlanılmasını həyata keçirmək;
9.0.4. fitosanitar nəzarətində olan karantin obyektlərində və karantin nəzarətində olan materiallarda zərərli orqanizmləri vaxtında aşkar edərək onları təcrid etmək, məhsulun tədqiqi nəticəsində təhlükəliliyi sübut edilmiş bitki və bitkiçilik məhsullarını müvafiq  qaydada götürmək, saxlamaq, zərərsizləşdirmək, təkrar emal etmək və ya məhv etmək üçün müvafiq tədbirlər görmək;
9.0.13. bitki və bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərə bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr vermək;”.

6. 9.0.11-ci maddədən “zəruri” sözü çıxarılsın.

7. Aşağıdakı məzmunda 9.0.14-cü maddə əlavə edilsin:
“9.0.14. fitosanitar xidmətinə dair təlimatın, qaydaların, uçot, hesabat, akt və protokol formalarının, icazə xarakterli sənədlərin və digər normativ sənədlərin qanunvericilikdə nəzərdə tutulan qaydada və müvafiq beynəlxalq təşkilatların tələblərinə uyğun hazırlanmasını və nəşr edilməsini təmin etmək.”.

8. 10.0-cı maddədə “xidmətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının” sözləri “xidmətinin” sözü ilə əvəz edilsin.

9. 10.0.1-ci maddədən “və bu sahədə qanunvericiliyin pozulması hallarının aradan qaldırılmasına yönəldilmiş tədbirlər görmək” sözləri çıxarılsın.

10. 10.0.2-ci, 10.0.5-ci, 10.0.14-cü və 10.0.17-ci maddələr aşağıdakı redaksiyada verilsin:
“10.0.2. müvafiq qaydada (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla) bitki və bitkiçilik məhsullarının istehsalı, emalı, tədarükü, saxlanılması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin obyektlərinə, habelə dəniz və hava limanlarına, dəmir yolu stansiyalarına, poçtamtlara, elevatorlara, anbarlara, gəmilərə, mülki təyyarələrə, qatarlara və digər nəqliyyat vasitələrinə, bazarlara, elmi-tədqiqat və sort-sınaq sahələrinə daxil olmaq, habelə fitosanitar müayinələrin keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə müraciət etmək, obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq;
10.0.5. sanitariya-gigiyena qaydalarına və təhlükəsizlik texnikasının tələblərinə uyğun olmayan anbarlarda və digər istehsalat binalarında, satış yerlərində bitki mühafizə vasitələrinin, dərmanlanmış toxum və əkin materiallarının saxlanılmasını və satışını qadağan etmək;
10.0.14. bitki mühafizəsi tədbirlərinin mövcud təlimat, texnologiya və reqlamentlərin pozulması ilə aparıldığı hallarda, bu tədbirləri həmin nöqsanlar aradan qaldırılana qədər dayandırmaq;
10.0.17. bitkilərin zərərli orqanizmlərlə sirayətlənmək təhlükəsi müəyyən edildikdə, bu təhlükəni yaradan subyektlər barədə tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət etmək.”.

11. 10.0.4-cü, 11-ci və 25.4-cü maddələr ləğv edilsin.

12. 10.0.9-cu maddədə “öz səlahiyyətləri daxilində müvafiq tədbirlər” sözləri “müvafiq tədbirlər (dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla)” sözləri ilə əvəz edilsin.

13. 10.0.13-cü maddədən “öz səlahiyyətləri daxilində” sözləri çıxarılsın.

14. 12.1.1-ci maddədən “zərurət olduğu hallarda” və  “lazımi” sözləri çıxarılsın.

15. 12.1.4-cü və 27.2.6-cı maddələrdə “qərar və göstərişlərinə” sözləri “qərarlarına” sözü ilə əvəz edilsin.

16. 12.1.7-ci maddədə “zərurəti yarandığı hallarda” sözləri “məqsədi ilə” sözləri ilə əvəz edilsin.

17. 13.3-cü maddədə “11.1.1-ci maddəsində göstərilən tədbirlər” sözləri “10.0.2-ci maddəsində göstərilən tədbirlər (obyektin fitosanitar vəziyyəti və karantin nəzarətində olan materiallar barədə məlumat almaq və həmin materialların sənədləri ilə tanış olmaq istisna olmaqla)” sözləri ilə əvəz edilsin, birinci halda “və” sözündən sonra “karantin tətbiq edilən ” sözləri əlavə edilsin.

18. 13.5.3-cü maddədə “zərərsizləşdirmə zərurəti yarandığı hallarda” sözləri “karantin tətbiq edilən zərərli orqanizmlərin zərərsizləşdirilməsi məqsədi ilə” sözləri ilə əvəz edilsin.

19. 13.6-cı maddədə və 20.6-cı maddənin ikinci cümləsində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin.

20. 23.2-ci maddədə “və zərurət yarandığı hallarda” sözləri “, karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlər aşkar edildikdə” sözləri ilə əvəz edilsin.

21. 28.1.3-cü maddədə “müstəsna hallarda” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada” sözləri ilə əvəz edilsin.

22. 30.1-ci maddədə “oluna bilər” sözləri “olunur” sözü ilə əvəz edilsin.

23. 30.4-cü maddədə “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin.

24. 31.1-ci maddədə “zəruri hallarda başqa dillərdə” sözləri “ixrac olunduğu ölkələrin dilində” sözləri ilə əvəz edilsin.

25. 34.2.2-ci maddədə “qanunvericiliyə” sözü “bu Qanuna, sahibkarlara münasibətdə isə həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa” sözləri ilə əvəz edilsin.

26. 34.3.4-cü maddəyə “fitosanitar” sözündən  əvvəl “fiziki və hüquqi şəxslərin müraciətləri əsasında” sözləri əlavə edilsin.

27. 36-cı maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, o cümlədən” sözləri “inzibati və” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 iyun 2016-cı il
№ 290-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi