17.05.2016 Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

239-VQD

Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi
xidməti orqanı haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 oktyabr tarixli 1085-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 537; 2006, № 2, maddə 67; 2015, № 2, maddələr 87, 89) ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 6.5-ci maddənin birinci cümləsinə “şikayətin verilməsi” sözlərindən sonra “, bu Əsasnamənin 6.5-1-ci maddəsinə əsasən vergilərin və ödənişlərin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 6.5-1-ci maddə əlavə edilsin:
“6.5-1. Yerli (bələdiyyə) vergilərin və ödənişlərin düzgün tətbiq olunmaması barədə şikayət verildiyi hallarda, vergilərin və ödənişlərin icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 may 2016-cı il
№ 239-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi