04.03.2016 “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

139-VQD

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984; 2007, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196; 2009, № 6, maddə 404, № 7, maddələr 507, 517; 2010, № 10, maddə 839; 2011, № 7, maddə 612; 2014, №11, maddə 1371; 2015, № 6, maddə 684, № 11, maddə 1296) aşağıdakı dəyişikliklər edilsin:

1.1. qanunun preambulasından “hüquqi” sözü çıxarılsın;

1.2.  2-ci maddə üzrə:
1.2.1. maddənin adından “hüquqi” sözü çıxarılsın;
1.2.2.  2.1-ci maddədə “dövlət orqanıdır” sözləri “publik hüquqi şəxsdir” sözləri ilə əvəz edilsin;
1.2.3.  2.2-ci maddənin birinci cümləsində “kapitalına” sözü “fonduna” sözü ilə, üçüncü cümləsində isə “kapitalının” sözü “fondunun” sözü ilə əvəz edilsin.
1.3.  4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“4.2. Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən ibarətdir.”;

1.4.  5-ci maddə üzrə:
1.4.1.  5.0.7-ci maddə ləğv edilsin;
1.4.2. 5.0.8-ci maddədə “ödəniş” sözündən əvvəl “banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan” sözləri əlavə edilsin.

1.5.   9.3-cü maddədə “pul, valyuta və bank nəzarəti” sözləri “pul və valyuta siyasəti” sözləri ilə əvəz edilsin;

1.6.  10-cu maddə üzrə:
1.6.1.  10.1-ci və 10.3-cü maddələrdə “kapitalından” sözü “fondundan” sözü ilə əvəz edilsin;
1.6.2.  10.2-ci maddədə “kapitalı” sözü “fondu” sözü ilə əvəz edilsin.

1.7.  21.9-cu maddədə “nəzarət etdiyi kredit təşkilatlarında” sözləri “və maliyyə bazarlarına nəzarət orqanının nəzarət etdiyi subyektlərdə” sözləri ilə əvəz edilsin;

1.8.  22.0.9-cu–22.0.12-ci, 29.1.6-cı və 35-ci maddələr ləğv edilsin;

1.9. 32.1-ci maddənin üçüncü cümləsində “saxlanması qaydası” sözlərindən sonra “maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla” sözləri əlavə edilsin;

1.10.  37.0.5-ci maddədən “və kredit təşkilatlarında” sözləri çıxarılsın;

1.11.   44-cü maddə üzrə:
1.11.1.  44.1-ci maddədə “Mərkəzi Bank” sözlərindən sonra “yaratdığı banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan” sözləri əlavə edilsin, həmin maddədən “, o cümlədən hesablaşma və klirinq (prosesinq)” sözləri çıxarılsın;
1.11.2.   44.2-ci, 44.4-cü-44.6-cı maddələr ləğv edilsin;
1.11.3.   44.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“44.3. Mərkəzi Bank yaratdığı banklararası mərkəzləşdirilmiş ödəniş və digər lisenziyalaşdırılmayan sistemlərində nağdsız hesablaşmaların aparılması qaydalarını və şərtlərini, habelə istifadə olunan ödəniş sənədlərinin forma və məzmununu müəyyən edir.”.

1.12.   46.1-ci və 47-ci maddələr ləğv edilsin;

1.13. 48-ci maddə üzrə:
1.13.1. 48.1.1-ci maddədə “bank fəaliyyəti üzrə” sözləri “qanunla səlahiyyətinə aid edilmiş məsələlər üzrə” sözləri ilə əvəz edilsin;
1.13.2. 48.1.2-ci-48.1.5-ci, 48.1.6-1-ci, 48.1.7-ci-48.1.13-cü və 48.2-ci maddələr ləğv edilsin;
1.13.3. 48.1.6-cı maddədə “və qaydada” sözlərindən sonra “maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla” sözləri əlavə edilsin.

1.14.   49-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 49. Sonuncu instansiya kreditoru
Bankların ödəmə qabiliyyətinin qısamüddətli pozulması və likvidlik çatışmazlığı hallarında maliyyə bazarlarına nəzarət orqanı 6 (altı) aydan artıq olmayan müddətə kreditlərin verilməsi üçün Mərkəzi Banka müraciət edə bilər. Maliyyə bazarlarına nəzarət orqanının müraciəti əsasında Mərkəzi Bank 2 (iki) bank günündən gec olmayaraq kreditlərin verilib-verilməməsi barədə müvafiq qərar qəbul etməlidir.”;

1.15.   51-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 51. Beynəlxalq əməkdaşlıq
Mərkəzi Bank qanunla onun səlahiyyətlərinə aid edilmiş məsələlərlə əlaqədar beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müvafiq təşkilatları ilə əməkdaşlıq edə bilər.”;

1.16. 52-ci maddədə “maliyyə sektorunun digər seqmentlərində tənzimləmə və nəzarət funksiyalarını həyata keçirən dövlət orqanları” sözləri “maliyyə bazarlarına nəzarət orqanı” sözləri ilə əvəz edilsin;

1.17. 53-cü maddədən “lisenziyalaşdırma,” sözləri çıxarılsın;

1.18. 63-cü maddədə “yerli özünüidarəetmə orqanlarından,” sözlərindən sonra “maliyyə bazarlarına nəzarət orqanından,” sözləri əlavə edilsin;

1.19.   64.3-cü maddədə “məlumatı” sözündən sonra “maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla” sözləri əlavə  edilsin.
Maddə 2. Bu Qanun qüvvəyə mindiyi günədək Mərkəzi Bankın qəbul etmiş olduğu normativ xarakterli aktlar həmin aktlarla tənzimlənən məsələlərə dair normativ xarakterli aktlar qəbul etmək səlahiyyəti olan maliyyə bazarlarına nəzarət orqanının aktları qüvvəyə minənədək öz hüquqi qüvvəsini saxlayır.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 mart 2016-cı il
№ 139-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi