18.12.2015 Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında

60-VQD

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının  94-cü  maddəsinin  I  hissəsinin  11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, №8, maddə 478; 2001, №12, maddə 736; 2002, №5, maddələr 237, 241; 2003, №1, maddə 11, №6, maddə 256, № 8, maddə 423; 2004, №2, maddə 59, №6, maddə 415, №10, maddə 761; 2006, №2, maddə 67, №6, maddə 478, №8, maddə 657, №11, maddə 932; 2007, №1, maddə 3, №8, maddə 745; 2008, №5, maddə 348, №6, maddə 460, №8, maddə 707, №12, maddə 1048; 2009, №2, maddə 36; 2012, №6, maddə 497; 2013, №6, maddə 621; 2015, № 4, maddə 358, Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1330-IVQD Qanunu) 50-ci maddəsinin 3-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“3. Torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə - on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 18 dekabr 2015-ci il
№ 60-VQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi