28.04.2015 Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında

1262-IVQD

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının  94-cü  maddəsinin  I  hissəsinin  11-ci və 13-cü  bəndlərini rəhbər  tutaraq qərara alır:

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838; 2014, № 7, maddələr 766, 787, № 10, maddə 1165) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.2-ci maddədə “14.1-ci” sözləri “11.1-ci” sözləri ilə əvəz edilsin.

2. 75-ci maddə üzrə:
2.1. 75.1-ci maddənin üçüncü cümləsinə “11-ci maddəsinə” sözlərindən sonra “, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə” sözləri əlavə edilsin;
2.2. 75.4-cü maddənin ikinci cümləsində “1 ay” sözləri “15 gün” sözləri ilə əvəz edilsin;
2.3. 75.6-cı maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.”;
2.4. 75.7-ci maddəyə aşağıdakı redaksiyada üçüncü cümlə əlavə edilsin:
“Tikintiyə icazənin, xüsusi nişanın forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

3. 80-ci maddə üzrə:
3.1. aşağıdakı məzmunda 80.1-1-ci maddə əlavə edilsin:
“80.1-1. İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.”;
3.2. 80.2-ci maddədə “yaşayış evlərinin”, 80.3-cü maddədə, 80.4-cü maddənin birinci cümləsində və 80.5-ci maddədə “yaşayış evinin” sözləri “tikinti obyektlərinin” sözləri ilə əvəz edilsin;
3.3. 80.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.”;
3.4. 80.4-cü maddənin birinci cümləsində “80.1-ci və 80.3-cü maddələrində” sözləri “80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində” sözləri ilə əvəz edilsin;
3.5. 80.4-cü maddənin ikinci cümləsində “3 ay” sözləri “1 ay” sözləri ilə əvəz edilsin.

4. 82.2-ci maddədə “3 ay” sözləri “1 ay” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 aprel 2015-ci il
№ 1262-IVQD

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi