14.04.2015 “Beynəlxalq Dəmiryol Daşımaları haqqında” Konvensiyaya (KOTİF) qoşulmaq barədə

1257-IVQ

“Beynəlxalq Dəmiryol Daşımaları haqqında” Konvensiyaya (KOTİF) qoşulmaq barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq  qərara  alır :

Azərbaycan Respublikası 1999-cu il 3 iyun tarixli Vilnüs Protokolu ilə dəyişikliklər edilmiş 1980-ci il 9 may tarixli “Beynəlxalq Dəmiryol Daşımaları haqqında” Konvensiyaya (KOTİF) müvafiq qeyd-şərt və bəyanatlarla (qeyd-şərtin və bəyanatların mətni əlavə olunur) qoşulsun.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 aprel 2015-ci il
№ 1257-IVQ

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi