22.11.2013 “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

818-IVQD

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley
medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
         
Maddə 1.  “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478) 2-ci maddəsində “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)” yubiley medalı” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” yubiley medalı;”.

Maddə 2. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)”  Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 noyabr 2013-cü il
№ 818-IVQD
 

 

Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 818-IVQD
nömrəli Qanunu ilə təsdiq edilmişdir.


“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi
(1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı haqqında

Ə S A S N A M Ə

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi  (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı ilə milli təhlükəsizlik orqanlarında xidməti vəzifələrini yerinə yetirərkən yüksək nəticələr əldə edən, Azərbaycan Respublikasının milli maraqlarının daxili və xarici təhdidlərdən   qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətində, dövlət sirrinin  mühafizəsində, cinayətkarlığa qarşı mübarizədə fərqlənən hərbi qulluqçular, mülki işçilər, veteranlar, habelə milli təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və milli təhlükəsizlik orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin  1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda  “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919-2009)”  Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.

 

Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli
818-IVQD nömrəli Qanunu ilə təsdiq edilmişdir.


“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi
(1919-2014)” Azərbaycan Respublikasının yubiley medalının

T Ə S V İ R İ

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi  (1919-2014)”  Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və gümüş suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

Medalın ön tərəfində iki dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN RESPUBLİKASI”, aşağı qövs boyunca  “MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI” sözləri, onların arasında hər iki tərəfdə olmaqla, üç ədəd səkkizguşəli ulduz yerləşdirilmişdir. İkinci dairənin mərkəzində aşağıdan yuxarı sol künc tərəfə doğru şaquli istiqamətdə nisbətən qırmızı rəngə dəyişən lent həkk olunmuşdur. Mərkəzdən keçən lent fonunda medalın mərkəzindən yuxarı hissədə müvafiq icra hakimiyyəti orqanının gümüşü rəngli relyefli emblemi təsvir edilmiş, emblemdən aşağıda orta hissədə “1919-2014” rəqəmləri, həmin rəqəmlərdən aşağıda gümüşü rəngdə “95” rəqəmləri həkk olunmuşdur.  Həmin yazı və təsvirləri dairə boyu dəfnə budaqları əhatə edir.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamardır, üzərində ortada yuxarı hissədə “95” rəqəmləri, ondan aşağıda “AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ TƏHLÜKƏSİZLİK ORQANLARI” sözləri və “1919-2014” rəqəmləri həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 39 mm ölçüdə düzbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsi ilə birləşdirilir. Lövhənin ön tərəfi iki hissədən ibarətdir. Üst hissə xara lent şaquli 5 zolağa bölünmüşdür. Sağ və sol zolaqlar lövhənin üçdə iki hissəsini təşkil edir və tünd göy rəngdədir. Lövhənin qalan üçdə bir hissəsi 3 zolağa bölünməklə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə  uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər şaquli zolaqlara bölünmüşdür. Lövhənin alt hissəsinə eni 4 mm olan, üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmiş milli ornamentli təbəqə bərkidilir.
4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçüdə qəlib əlavə edilir.

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi