14.05.2013 Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

650-IVQD

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №4, II kitab, maddə 251, №5, maddə 323, №12, maddə 835; 2001, №1, maddə 24, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003, №6, maddələr 276, 279, №8, maddələr 424, 425, №12, I kitab, maddə 676; 2004, №1, maddə 10, №4, maddə 200, №5, maddə 321, №8, maddə 598, №10, maddə 762, № 11, maddə 900; 2005, №1, maddə 3, №6, maddə 462, №7, maddə 575, №10, maddə 904, №11, maddə 994; 2006, №2, maddələr 71, 72, 75, №5, maddə 390, №12, maddələr 1008, 1020, 1028; 2007, №2, maddə 68, №5, maddə 398, №6, maddələr 560, 562, 579, №8, maddə 757, №10, maddələr 937, 941, №11, maddələr 1049, 1080, 1090, №12, maddə 1221; 2008, №6, maddələr 454, 461, №7, maddə 602, №10, maddə 884, №12, maddələr 1047, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 953; 2010, №2, maddə 70, №3, maddələr 171, 178, №4, maddələr 275, 276, №7, maddə 591; 2011, №4, maddə 253, №6, maddə 472, №7, maddələr 587, 601, 621, №11, maddə 980, №12, maddə 1093; 2012, №2, maddə 45, №3, maddələr 193, 196, №7, maddələr 666, 669, 673, №11, maddə 1068; 2013, № 1, maddə 14, № 2, maddə 102, Azərbaycan Respublikasının 2012-ci il 11 dekabr tarixli 493-IVQD nömrəli, 2013-cü il 5 aprel tarixli 597-IVQD nömrəli Qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. 147.1-ci maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri “, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilsin.
 
2. 148-ci maddədə “və ya kütləvi informasiya vasitəsində” sözləri “, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 may 2013-cü il
№ 650-IVQD

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi