09.06.2009 Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında

829-IIIQ

Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və 
Babək rayonunun inzibati ərazi bölgüsündə 
qismən dəyişikliklər edilməsi haqqında




AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

 


Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a  a l ı r :

I. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraçuq, Qaraxanbəyli və Tumbul kənd inzibati ərazi dairələri və onların tərkibindəki Bulqan, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndləri Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilsin.
 
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham Əliyev  
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 9 iyun 2009-cu il
№ 829-IIIQ


 









Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi