01.04.2008 “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə

587-IIIQD

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ
QANUNU

  Azərbaycan Respublikasının Milli Məclisi  q ə r a r a   a l ı r :

I. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 12, maddə 689; 2001-ci il, № 11, maddə 677; 2002-ci il,  № 5, maddə 237; 2003-cü il, № 6, maddə 273, № 8, maddə 419; 2004-cü il, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005-ci il, № 4, maddə 283, № 10, maddə 884; 2007-ci il, № 3, maddə 212; Azərbaycan Respublikasının 2007-ci il 09 oktyabr tarixli 426-IIIQD nömrəli Qanunu) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Ağcabədi rayonu bölməsində:
 16-cı sırada “Hindarx bələdiyyəsi” sözlərinin qarşısındakı “Hindarx kəndi” sözləri “Hindarx qəsəbəsi” sözləri ilə əvəz edilsin.

 2. Ağdam rayonu bölməsində:
 1) 1-ci sırada “Alıbəyli bələdiyyəsi” sözlərinin qarşısındakı “və Kiçikli kəndləri” sözləri “, Kiçikli kəndləri və Birinci Alıbəyli, İkinci Alıbəyli qəsəbələri” sözləri ilə əvəz edilsin.
 2) 4-cü sırada “Əhmədağalı bələdiyyəsi” sözlərinin qarşısındakı “və Mirəşelli kəndləri” sözləri “, Mirəşelli kəndləri və Bənövşələr qəsəbəsi” sözləri ilə əvəz edilsin.
 3) 6-cı sırada “Xındırıstan bələdiyyəsi” sözlərinin qarşısındakı “və Sarıçoban kəndləri” sözləri “, Sarıçoban kəndləri və Qasımbəyli qəsəbəsi” sözləri ilə əvəz edilsin.
 4) 9-cu sırada “Quzanlı bələdiyyəsi” sözlərinin qarşısındakı “Quzanlı qəsəbəsi, Eyvazlı, Çullu və İmamqulubəyli kəndləri” sözləri “Quzanlı, Birinci Quzanlı, İmamqulubəyli qəsəbələri və Çullu, Eyvazlı, İmamqulubəyli kəndləri” sözləri ilə əvəz edilsin.
 5) 12-ci sırada “Təzəkənd bələdiyyəsi” sözlərinin qarşısındakı “Təzəkənd kəndi” sözləri “Təzəkənd kəndi və Birinci Dördyol, İkinci Dördyol, Təzəkənd qəsəbələri” sözləri ilə əvəz edilsin.
 6) 13-cü sırada “Üçoğlan bələdiyyəsi” sözlərinin qarşısındakı “və Yusifli kəndləri” sözləri “, Yusifli kəndləri və Birinci Baharlı, İkinci Baharlı, Səfərli qəsəbələri” sözləri ilə əvəz edilsin.

3. Bərdə rayonu bölməsində:
 1) 15-ci sırada “Cimcimli” sözü “Cicimli” sözü ilə əvəz edilsin.
 2) 30-cu sırada “Hacıalılı” sözü “İkinci Hacallı” sözləri ilə əvəz edilsin.
 3) 39-cu sırada “Xanagahlı” sözü “Xanağalı” sözü ilə əvəz edilsin.
 4) 56-cı sırada “Qarahacı” sözü “Qarağacı” sözü ilə əvəz edilsin.
 5) 87-ci sırada “Nəzirli” sözü “İkinci Nazırlı” sözləri ilə əvəz edilsin.
 6) 110-cu sırada “Zümürxaç” sözü “Zümürxan” sözü ilə əvəz edilsin.

4. Xanlar rayonu bölməsində:
 1) 15-ci sırada “Qızılca bələdiyyəsi” sözlərinin qarşısındakı “Qızılca, Damcılı, Danayeri və Yalqışlaq kəndləri” sözləri “Qızılca, Damcılı, Danayeri, Yalqışlaq və Yeni Qızılca kəndləri” sözləri ilə əvəz edilsin.
 2) 21-ci sırada “Pənahlar” sözü “Pənahlılar” sözü ilə əvəz edilsin.

5. Kürdəmir rayonu bölməsində:
 54-cü sırada “Şilyan bələdiyyəsi” sözlərinin qarşısındakı “Şilyan kəndi” sözləri “Şilyan və Qarasu kəndləri” sözləri ilə əvəz edilsin.

6. Qəbələ rayonu bölməsində:
 1) 8-ci sırada “Bum bələdiyyəsi” sözlərinin qarşısındakı “Bum və Zərgərli kəndləri” sözləri “Bum qəsəbəsi və Qarasu kəndi” sözləri ilə əvəz edilsin.
 2) 34-cü sırada “Nic bələdiyyəsi” sözlərinin qarşısındakı “Nic kəndi” sözləri “Nic qəsəbəsi” sözləri ilə əvəz edilsin.
 3) 48-ci sırada “Vəndam bələdiyyəsi” sözlərinin qarşısındakı “Vəndam kəndi” sözləri “Vəndam qəsəbəsi” sözləri ilə əvəz edilsin.

7. Lerik rayonu bölməsində:
 10-cu sırada “Azərbaycan” sözü “Günəşli” sözü ilə əvəz edilsin.

8. Masallı rayonu bölməsində:
34-cü sırada “Güllütəpə bələdiyyəsi” sözlərinin qarşısındakı “Güllütəpə kəndi” sözləri “Güllütəpə və Əmirtürbə kəndləri” sözləri ilə əvəz edilsin.

9. Neftçala rayonu bölməsində:
 21-ci sırada “Mikayıllı bələdiyyəsi” sözlərinin qarşısındakı “Saratovka” sözü “Sahiloba” sözü ilə əvəz edilsin.
10. Saatlı rayonu bölməsində:
 38-ci sırada “Seyidoba” sözü “Seyidlər” sözü ilə əvəz edilsin.

11. Salyan rayonu bölməsində:
 7-ci sırada “Aydıngün” sözü “Yeni Uluxanlı” sözləri ilə əvəz edilsin.

12. Samux rayonu bölməsində:
 1) 9-cu sırada “Əliuşağı” sözü “Alıuşağı” sözü ilə əvəz edilsin.
 2) 12-ci sırada “Hadılı” sözü “Qədili” sözü ilə əvəz edilsin.

13. Şəki rayonu bölməsində:
 9-cu sırada “Aydınbulaq bələdiyyəsi” sözlərinin qarşısındakı “Aydınbulaq və Şıxoba kəndləri” sözləri “Aydınbulaq kəndi” sözləri ilə əvəz edilsin.

14. Şəmkir rayonu bölməsində:
 1) 24-cü sırada “Keçili bələdiyyəsi” sözlərinin qarşısındakı “Keçili kəndi” sözləri “Keçili və Xuluf kəndləri” sözləri ilə əvəz edilsin.
2) 48-ci sırada “Təzəkənd bələdiyyəsi” sözlərinin qarşısındakı “Təzəkənd kəndi” sözləri “Təzəkənd və Düzqışlaq kəndləri” sözləri ilə əvəz edilsin.

15. Ucar rayonu bölməsində:
 12-ci sırada “Kirovkənd” sözü “Ənvər Məmmədxanlı” sözləri ilə əvəz edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.


İlham Əliyev                                                                                                                                    
Azərbaycan Respublikasının Prezidenti
    

Bakı şəhəri, 1 aprel 2008-ci il
№ 587-IIIQD

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi