Milli Məclisin plenar iclasında

29 mart 2024  17:44

Martın 29-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasın əvvəlində spiker Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin martın 22-dən 26-dək İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri barədə qısa məlumat verib.

  • ZALDA YERLƏŞMƏ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.