12.07.2019 Azərbaycan Respublikasının "Məişət zorakılığının qarşısının alınması haqqında", "Sosial xidmət haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuşşəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq vəazadlıqlarının təmin edilməsi haqqında" və "Peşə təhsili haqqında" qanunlarında dəyişiklik edilməsi barədə

Layihə

 

Azərbaycan Respublikasının "Məişət zorakılığının qarşısının alınması haqqında", "Sosial xidmət haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuşşəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq vəazadlıqlarının təmin edilməsi haqqında" və "Peşə təhsili haqqında" qanunlarında dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1385-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 836; 2017, № 8, maddə 1512) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.0.8-ci maddədə "psixi" sözü "psixoloji" sözü ilə əvəz edilsin;
1.2. 7.0.1-ci, 15.0.5-ci və 19.2.3-cü maddələrə "reabilitasiya" sözündən sonra "və psixoloji korreksiya" sözləri əlavə edilsin;
1.3. 8.0.6-cı maddədə "psixoloji" sözündən əvvəl "Psixoloji yardım haqqında"  Azərbaycan Republikasının Qanunu ilə müəyyən edilmiş qaydada" sözləri əlavə edilsin.

Maddə 2. "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 191) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 8.0.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 8.0.12-ci maddə əlavə edilsin:
"8.0.12. "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq.";
2.2. 23.0.3-cü maddədə "psixoloji vəziyyətinin reabilitasiyasını" sözləri "psixoloji yardımı" sözləri ilə əvəz edilsin.

Maddə 3. "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 272) 7.0.4-cü maddəsi aşağıdakı redaksiyada verilsin:
"7.0.4. "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;".

Maddə 4. "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 641; 2014, № 4, maddə 347, № 7, maddə 767; 2016, № 6, maddə 987; 2018, № 10, maddə 1979, № 11, maddə 2226; Azərbycan Respublikasının 2019-cu il 5 mart tarixli 1520-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 15.1.22-ci maddə aşağıdakı redaksiyada verilsin:
"15.1.22. "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;";
4.2. 22.4-cü maddədən "və psixoloji" sözləri çıxarılsın.

Maddə 5. "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1554-VQD nömrəli  və  3 may tarixli 1576-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 10.23-cü maddəyə "təşkil olunur" sözlərindən sonra "və "Psixoloji yardım haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, psixoloji yardım həyata keçirilir" sözləri əlavə edilsin;
5.2. aşağıdakı məzmunda 18.2.5-1-ci maddə əlavə edilsin:
"18.2.5-1. "Psixoloji yardım haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;".

 

Azərbaycan Respublikasının Prezidenti

 



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi